ABŞ-dakı səfirliyimizdə səsvermə yekunlaşıb

ABŞ-dakı səfirliyimizdə səsvermə yekunlaşıb
  12 Aprel 2018    Oxunub:1262
Azərbaycanın ABŞ-dakı səfirliyində yaradılmış 17 saylı Yasamal üçüncü seçki dairəsinin 31 saylı seçki məntəqəsində səsvermə yerli vaxtla saat 19:00-da yekunlaşıb. Seçkinin gedişatı barədə məlumatlar gün ərzində mütəmadi olaraq Mərkəzi Seçki Komissiyasına göndərilib.
ABŞ-ın şərq ştatlarında daimi və müvəqqəti yaşayan, xidməti ezamiyyətdə olan, habelə Səfirliyin və Azərbaycanın Nyu-Yorkdakı BMT yanında daimi nümayəndəliyinin əməkdaşları və ailə üzvləri, bu ölkədə təhsil alan və Vaşinqtona qısa müddətli səfər edən Azərbaycan Respublikası vətəndaşları səsvermə prosesində fəal iştirak ediblər. Konsulluq qeydiyyatında olan vətəndaşların 71.1% səsvermədə iştirak edib.

Seçkilərin nəticələrinə görə, Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindəki seçki məntəqəsində seçicilərin 89.21% Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin lehinə səs verib.

Seçki prosesi Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun keçirilib. Səsvermə zamanı heç bir qanun pozuntusu qeydə alınmayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABŞ   Səfirlik   Seçki  





Xəbər lenti