Azərbaycanlılar Çində də səs verirlər - FOTO

Azərbaycanlılar Çində də səs verirlər - FOTO
  11 Aprel 2018    Oxunub:1817
Azərbaycan Respublikası prezidentinin seçkiləri ilə əlaqədar Çin Xalq Respublikasındakı səfirliyimizdə yaradılan seçki məntəqəsində yerli vaxtla səhər saat 8:00-da səsverməyə start verilib. Bakı ilə saat fərqinə əsasən, səsvermə prosesi ilk olaraq Pekindəki səfirlikdə yaradılan məntəqə seçki komissiyasında başlayıb.
Səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılır. Məntəqə lazımi əyani vəsaitlərlə təmin edilib, burada səs verən seçicilərin siyahısı tərtib olunub, məntəqə seçki komissiyasının bir neçə dəfə iclası keçirilib.

Azərbaycanın Pekindəki səfirliyində 17 saylı Yasamal üçüncü seçki dairəsinin 37 saylı məntəqəsi yaradılıb. Məntəqə seçki komissiyası konsulluq qeydiyyatında olan vətəndaşlarımızın prezident seçkiləri ilə əlaqədar maarifləndirilməsi üçün bütün zəruri işləri görüb. Belə ki, səsvermədə iştirakla əlaqədar konsulluq qeydiyyatında olan vətəndaşlarımızın elektron poçt ünvanlarına, mobil telefonlarına bildirişlər göndərilib. Bundan başqa, səfirliyin rəsmi internet səhifəsində və həmvətənlərimizin “Wechat” messencer proqramındakı qruplarında elan yerləşdirilib.

Məntəqə seçki komissiyası səsvermə günü müxtəlif səbəblərə görə Pekində qısamüddətli səfərdə olacaq vətəndaşlarımızın da səsverməndə iştirakının təmin olunması üçün işlər görüb.

Xatırladaq ki, xarici ölkələrdəki diplomatik missiyalarımızın əməkdaşları və onların səsvermə hüququna malik ailə üzvləri, ölkəmizin hüdudlarından kənarda daimi və müvəqqəti yaşayan vətəndaşların seçki hüququnun təmin olunması üçün xaricdə 41 seçki məntəqəsi yaradılıb. (AzərTAc)



AzVision.az


Teqlər: Seçki   Çin   Səsvermə  





Xəbər lenti