Dünyanın ən yaşlı kişisi: Hər səhər qəzet oxuyur, seriala baxır - (FOTOLAR)

Dünyanın ən yaşlı kişisi:  Hər səhər qəzet oxuyur, seriala baxır - (FOTOLAR)
  10 Aprel 2018    Oxunub:3961
Dünyanın ən yaşlı kişisinin kimliyi məlum olub.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin şəxs Yaponiyada yaşayan 113 yaşlı Masazo Nonakadır.
1905-ci il 25 iyul tarixində dünyaya gələn Nonakaya kainatın ən qocaman kişisi olduğunu təsdiq edən sənəd verilib. O, qulluq üçün kiməsə ehtiyacı olmadığını, hər səhər qəzet oxuduğunu, sambo güləşi və serial izləməyi sevdiyini bildirib. Nəvələri onun şirniyyatı sevdiyini və zehninin açıq olduğunu deyiblər.

Masazo Nonakadan öncə dünyanın ən yaşlı kişisi yəhudi Yisrael Kristal olub. O, ötən ilin avqustunda 113 yaşında dünyasını dəyişib.







Aytən Zəhra
AzVision.az


Teqlər: Yaşlı   Kişi   Yaponiya  





Xəbər lenti