Leyla Əliyeva təqdimatda -FOTO

Leyla Əliyeva təqdimatda -FOTO
  06 Oktyabr 2013    Oxunub:2235
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “YARAT!”-ın layihəsinin təqdimatında iştirak edib.
Oktyabrın 5-də "YARAT!" Müasir İncəsənət Məkanı "Zavod" layihəsini təqdim edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.

AzVsison.az AzərTAc - a istinadən xəbər verir ki, "YARAT!" Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova layihə barədə məlumat verdi. Bu gün "YARAT!" Müasir İncəsənət Məkanının 2 yaşının tamam olduğunu deyən Aida Mahmudova bu müddətdə təşkilatı dəstəkləyənlərə, gənc rəssamlara və tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

Rəssam və kurator Faiq Əhməd sərginin əhəmiyyətindən və gənc sənətkarların böyük zəhmət və enerji ilə işə qatıldıqlarından danışdi.

"Zavod" layihəsi qeyri-muzey və alternativ məkanların seçilməsində "YARAT!" Müasir İncəsənət Məkanının yeni addımıdır.

Sərgi uzun illərdir fəaliyyətini dayandırmış Bakı məişət kondisionerləri zavodunda keçirilib. Layihədə 29 gənc rəssam və dizayner iştirak edib. "YARAT!" qeyri-kommersiya təşkilatı artıq bir neçə dəfə eksperimental meydançalarda təşəbbüslərini həyata keçirib. Əvvəllər art-intervensiya və performanslar gəmi təmiri zavodunda, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı meydan və metronun "Gənclik" stansiyasının yaxınlığındakı tikintisi tamamlanmamış binada ərsəyə gəlib.

"Zavod" layihəsi "YARAT!" təşkilatı tərəfindən düşünülmüş və Venesiya Beynəlxalq Biennalesində və Şarja İslam İncəsənəti Festivalında Azərbaycanı təmsil edən istedadlı rəssam və kurator Faiq Əhmədin rəhbərliyi altında həyata keçirilib.

Layihəyə "ARTIM" gənc istedadların dəstəklənməsi proqramı çərçivəsində "Bank Technique" ASC sponsorluq edir.

Sərgi noyabrın 15-dək davam edəcək.

Qalereya




Teqlər:





Xəbər lenti