Şimali Koreyanın XİN rəhbəri: “Azərbaycanın nüfuzu yüksəkdir” - (Yenilənib)
Koreya Xalq Demokratik Respublikasının nümayəndə heyəti ilə görüşə görə minnətdarlığını ifadə edən xarici işlər naziri Ri Yon-ho Azərbaycanın təşkilatın növbəti sammitinə ev sahibliyi, həmçinin quruma sədrlik edəcəyi münasibətilə təbriklərini çatdırdı. Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri vurğuladı ki, Azərbaycanın təşkilata sədr seçilməsi Qoşulmama Hərəkatı üzvlərinin ölkəmizə olan etimadının və Azərbaycanın beynəlxalq aləmdəki yüksək nüfuzunun göstəricisidir.
AzVision.az
Teqlər: İlham-Əliyev KXDR