50 britaniyalı diplomat Rusiyadan qovulur

50 britaniyalı diplomat Rusiyadan qovulur
  31 Mart 2018    Oxunub:1492
Rəsmi Moskva 50 britaniyalı diplomatı ölkədən çıxarmaq qərarına gəlib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, Rusiya və Britaniya diplomatları arasında fərq 50 nəfərdən çoxdur.

Zaxarova qeyd edib ki, Qərb dövlətləri açıq şəkildə usofobiya kampaniyasına başlayıb.

Qeyd edək ki, martın 5-də Britaniya xüsusi xidmət orqanlarına casusluqda günahlandırılan Sergey Skripal Solsberi şəhərindəki ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Bu hadisədən sonra Böyük Britaniya və Rusiya arasında diplomatik qalmaqal başlayıb. Britaniya 23 Rusiya diplomatının ölkədən çıxarılmasına qərar verib.

AzVision.az


Teqlər: Rusiya   Zaxarova   Skripal  





Xəbər lenti