“Qarabağ barədə Vaşinqtonu məlumatlandırmışam” - Sekutanın səfir kimi son müsahibəsi

“Qarabağ barədə Vaşinqtonu məlumatlandırmışam” - Sekutanın səfir kimi son müsahibəsi
  30 Mart 2018    Oxunub:1816
“Səfir olduğum dövrdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı göstərdiyim səylər barədə onu demək istəyirəm ki, biz rəsmi Vaşinqtonu burada olan vəziyyət barədə mütəmadi məlumatlandırmışıq”.
AzVision.az xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta “Amerikanın səsi” radiosuna müsahibəsində deyib. Səfir bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin mövqeyindən asılı olmayaraq, hər bir azərbaycanlı üçün çox vacib olduğunu da diqqətə çatdırıblar:

“Mən ölkədə olduğum üç il ərzində məcburi köçkün icmaları ilə əlaqə yaratmaq və onlarla görüşmək üçün həmişə səy göstərmişəm. 1992-ci ildən bəri ölkə ərazisindəki məcburi köçkün icmaları üçün 16 məktəb inşa etmişik. 17-ci məktəbin inşası isə hazırda davam edir. 1992-ci ildən bəri ABŞ hökuməti azərbaycanlı məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün 123 milyon ABŞ dollarından artıq yardım göstərib. Bizim yeni bir təşəbbüsümüz var ki, bu, “Amerika rəfləri” adlanır. Bu təşəbbüs çərçivəsində məcburi köçkün icmalarında ailələrə, xüsusilə uşaqlara kitablar ianə edirik. Hesab edirəm ki, məcburi köçkün icmaları ilə təmaslarımızın davam etdirilməsi çox vacibdir. Bir vacib məqamı da qeyd etmək istəyirəm ki, baş vermiş hadisələrlə bağlı keçmişdən öyrənmək, baş verənləri anlamaq nə dərəcədə vacibdirsə, gələcək barədə düşünmək və gələcəyə baxmaq da o dərəcədə vacibdir”.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: Sekuta   ABŞ  





Xəbər lenti