Azərbaycanlı milyarder Putinlə işləmək istəyir

Azərbaycanlı milyarder Putinlə işləmək istəyir
  30 Mart 2018    Oxunub:2147
Azərbaycanlı milyarder Vahid Ələkbərov bəyan edib ki, “Lukoyl”un yeni rəhbəri böyük ehtimalla şirkətdə işləyən top-menecer olacaq.

AzVision.az xəbər verir ki, bunu Vahid Ələkbərov Rusiya KİV-nə müsahibəsində bildirib. O, vurğulayıb ki, “Lukoyl”da rəhbərliyi şirkətdən təyin etmək ənənəsi var:
“Mən yaxın illərdə varis hazırlayacağam. Lakin, mən yenə də prezident Putinlə işləmək istəyərdim. “Lukoyl” və şəxsən məimlə ölkə rəhbərliyi, hökumət arasında möhkəm dialoq yaranıb. Bu da bizə 25 il ərzində sabit inkişaf etməyə iman verib”.

Qeyd edək ki, Vahid Ələkbərov Londonda keçirilən “İnvestorlar günü”ndə şirkətin rəhbərliyindən uzaqlaşmağın vaxtının gəldiyini bildirmişdi.

“Lukoyl”ın ən böyük səhmdarı 24,8% hissə ilə Vahid Ələkbərovdur. Leonid Fedun 9,8%, IFD Kapital təxminən 8% və “Lukoyl İnvestisiya Kipr” 16% hissə ilə digər səhmdarlardır.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: Vahid-Ələkbərov   Milyarder   Putin  





Xəbər lenti