64 nəfərin öldüyü yanğının səbəbi araşdırılır

64 nəfərin öldüyü yanğının səbəbi araşdırılır
  26 Mart 2018    Oxunub:1553
Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğında ölənlərin sayı 64 nəfərdir.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkov bildirib.

Kemerovo vilayətinin Sağlamlığı Mühafizə Departamentinin məlumatına görə, yanğında daha 52 nəfər zərər çəkib və onlardan 13-ü xəstəxanadadır.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır, hadisə ilə bağlı dörd nəfər saxlanılıb.

AzVision.az


Teqlər: Rusiya   Yanğın  



Xəbər lenti