Rusiyadakı yanğına görə 4 nəfər saxlanılıb

Rusiyadakı yanğına görə 4 nəfər saxlanılıb
  26 Mart 2018    Oxunub:1046
Rusiyanın Kemerovo şəhərində yerləşən "Qış albalısı" (Zimnaya vişnya) ticarət-əyləncə mərkəzində baş vermiş güclü yanğınla bağlı 4 nəfər saxlanılıb.
AzVision.az Rusiya KİV-ə istinadən xəbər verir ki, saxlanılanlardan biri ticarət mərkəzinin rəhbəri Nadejda Suddenokdur.

Ticarət mərkəzinin təhlükəsizlik sisteminə nəzarət edən şirkətin rəhbəri İqor Polozinenko, həmçinin Sobolev və Nikitin də həbs edilənlər arasındadır.

Qeyd edək ki, ticarət mərkəzindəki yanğında 56 nəfər ölüb, 50-ə yaxın şəxs xəsarət alıb, 10 nəfər isə itkin düşüb.

AzVision.az



Teqlər: Rusiya   Yanğın  



Xəbər lenti