Fransada terror təhlükəsi yüksək səviyyədədir

Fransada terror təhlükəsi yüksək səviyyədədir
  24 Mart 2018    Oxunub:1471
Fransanın Od departamentinin Treb kommunasında “Super U” supermarketində törədilən terror aktı nəticəsində 3 nəfər ölüb, 2-si ağır olmaqla, 16 nəfər yaralanıb.
Ölkə prezidenti Emmanuel Makron yaralı polisin vəziyyətinin ağır olduğunu bildirib. “Fransada terror təhlükəsi yüksək səviyyədə qalmaqdadır”, - deyə Prezident vurğulayıb.

Terror aktını törədən 25 yaşlı mərakeşli Röduan Lakdim radikal olduğu üçün polis nəzarətində idi.

İŞİD terror qrupu Od departamentindəki hücumun məsuliyyətini öz üzərinə götürüb. (AzərTAc)

AzVision.az


Teqlər: Fransa   Terror  



Xəbər lenti