Savçenko saxlanıldı, toxunulmazlığı ləğv edildi

Savçenko saxlanıldı, toxunulmazlığı ləğv edildi
  22 Mart 2018    Oxunub:3034
Nadejda Savçenkonun deputat toxunulmazlığı ləğv olunub.

AzVision.az-ın Ukrayna mətbuatına istinadən xəbərinə görə, bu barədə Ali Rada qərar qəbul edib.
Məlumata görə, qərarın verilməsindən dərhal sonra N. Savçenko parlamentin binasında Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, martın 8-də “Zabit korpusu” adlı qeyri-hökumət təşkilatının sədri, separatçılarla Ukrayna hökuməti arasında əsir və girov mübadiləsi məsələləri ilə məşğul olan Vladimir Ruban Donbasda təmas xəttində saxlanılıb. Separatçılarla görüşdən qayıdan Rubanın avtomobilində xeyli silah-sursat aşkarlanıb.

Martın 9-da Kiyev məhkəməsi onun haqqında 2 aylıq həbs qərarı verib. Ukrayna hüquq-mühafizə orqanları Rubanın ölkə rəhbərliyinə qarşı terror aktı planlaşdırdığını bildirir. Savçenkonun adı məhz bu iş üzrə keçir.

Kənan Məmmədov
AzVision.az


Teqlər:





Xəbər lenti