Deputat parlamentə qaz bombası atdı - VİDEO

Deputat parlamentə qaz bombası atdı - VİDEO
  21 Mart 2018    Oxunub:6928
Kosova parlamentində qorxulu anlar yaşanıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, parlamentdə sərhəd müzakirələri müxalif deputatların etirazına səbəb olub.

Hakim partiya təmsilçilərinin çıxışından narazı qalan müxalif deputatlardan biri parlamentin salonuna qaz bombası atıb. Təşvişə düşən deputatlar zalı tərk ediblər. İclas 1 saatlıq təxirə salınıb.

Qeyd edək ki, bu, Kosova parlamentinə ilk belə hal deyil. Bundan əvvəl də dəfələrlə oxşar hadisələr baş verib.



AzVision.az


Teqlər: Kosova   Parlament  





Xəbər lenti