Rusiya KİV: Lavrov tezliklə istefa verəcək

Rusiya KİV: Lavrov tezliklə istefa verəcək
  21 Mart 2018    Oxunub:6026
Sergey Lavrov tezliklə Rusiya xarici işlər naziri postunu tərk edəcək.

AzVision.az xəbər verir ki, bu barədə “RTVI” nəşri Rusiya XİN-ə yaxın olan bir neçə mənbəyə istinadən məlumat yayıb.
XİN-də olan mənbələrin sözlərinə görə, Sergey Lavrov artıq bir neçə ildir ki, 2004-cü ildən bəri tutduğu vəzifəni tərk etmək istəyir. O, yorulduğuna görə vəzifəsindən gedir.

Nəşr yazır ki, Lavrov yalnız Putinin xahişinə görə seçkilərə qədər bu postda qalmağa razılıq verib.

“Onun çoxdan getmək istədiyi heç kimə sirr deyil”, - deyə nazirliyin əməkdaşlarından biri bildirib.

Digər mənbələr qeyd edir ki, hazırda Smolensk meydanında hamı yeni hökumətin tərkibinin elan olunmasını gözləyir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Putin   Lavrov  





Xəbər lenti