ABŞ-ın paytaxtında Novruz təntənəsi – FOTOLAR

ABŞ-ın paytaxtında Novruz təntənəsi – FOTOLAR
  21 Mart 2018    Oxunub:2462
Vaşinqton şəhərinin məşhur və tarixi Meridian Beynəlxalq Mərkəzində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan səfirlikləri birlikdə təşəbbüs göstərərək 20 mart 2018-ci ildə Novruz bayramı geniş şəkildə qeyd olunub.
Bu barədə AzVision.az Azərbaycanın ABŞ-dakı səfirliyindən daxil olan məlumatda bildirilir.

Tədbirdə diplomatik korpusun və ictimaiyyətin nümayəndələri, o cümlədən ABŞ administrasiyasının və konqres rəsmiləri iştirak edib.

Meridian mərkəzinin rəhbəri səfir Stüart Holidey öz çıxışında Novruz bayramının dünyanın ən qədim adət-ənənələrə malik olduğunu qeyd edərək bu bayramın özündə ümidin, təbiətin yeniləşməsinin, eləcə də dostluq, sülh və əməkdaşlığın təzahürü olduğunu qeyd etmişdir. Amerikanın paytaxtında altı dövlətin bir yerə gələrək Novruz bayramı bilrikdə qeyd edilməsi bu kimi dostluq və əməkdaşlığın göstəricisi olduğunu və Novruz bayramın xalqların həyat və mədəniyyətində xüsusi yer aldığını diqqətə çatdıraraq bu bayramın xalqları birləşdirən bir dəyər kimi qiymətləndirib
Sonra tədbir Azərbaycan və Orta Asiya ölkələrinin incəsənət ustalarının iştirakı ilə milli rəqslər ifa olunub və konsert verilib. “Silk Road” rəqs qrupu “Arşın mal alan” rəqsini milli geyimdə ifa ediblər.

Novruz tədbiri iştirakçı ölkələrin milli mətbəx nümunələri təqdim olunaraq təntənəli ziyafət ilə davam edib.

Qeyd edək ki, bu təşəbbüsü bir daha türkdilli dövlətlərin birliyini göstərdi. Həmçinin “İpək yolu” çərçivəsində əməkdaşlıq türkdilli dövlətlərin iqtisadi, siyasi və mənəvi birliyinin nümunəsidir.









AzVision.az



Teqlər: Vaşinqton   ABŞ  





Xəbər lenti