Afrin şəhəri terrorçulardan azad edildi

Afrin şəhəri terrorçulardan azad edildi
  18 Mart 2018    Oxunub:2623
Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə həyata keçirdiyi əməliyyat zamanı Afrin şəhəri terrorçulardan təmzilənib.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, şəhərin mərkəzi tamamilə nəzarət altındadır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Afrin şəhər mərkəzi bu gün saat 08.30 radələrində Türkiyə ordusunun dəstəyi ilə müxalif Azad Suriya Ordusu tərəfindən tam nəzarətə götürülüb.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti