Afrində 7 yaşayış məntəqəsi azad edilib

Afrində 7 yaşayış məntəqəsi azad edilib
  17 Mart 2018    Oxunub:1685
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatlarına dair yeni hesabat açıqlanıb.
AzVision.az xəbər verir ki, Türkiyə Baş Qərargahının yaydığı məlumata görə, “Zeytun budağı” əməliyyatı çərçivəsində bu gün 7 yaşayış məntəqəsi terrorçulardan azad edilib. Bununla Afrində azad edilən yaşayış məntəqələrinin sayı 261-ə çatıb.

Rəsmi məlumata əsasən, indiyədək Afrində 3567 terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb.

AzVision.az


Teqlər: Türkiyə   Afrin   Suriya  





Xəbər lenti