Ermənistanda yezidilərin qəbirləri satılıb - Kəndlilər etiraza qalxdı

Ermənistanda yezidilərin qəbirləri satılıb - Kəndlilər etiraza qalxdı
  06 Mart 2018    Oxunub:2939
Ermənistanın Kotayk vilayətinin Zovuni kəndinin milliyətcə yezidi olan sakinləri onlara məxsus məzarlığın satılmasından şikayətçidirlər.

AzVision.az xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti məlumat yayıb. Ermənistan Yezidilər Birliyinin sədri Əziz Tamoyan bildirib ki, keçmiş icra nümayəndəsi Serjik Avetisyan yezidilərin Zovuni kəndində yerləşən məzarlığını zəbt edərək torpaq sahəsini öz oğluna verib.
Hazırda yezidilər yaxınlarını dəfn etməyə məzar yeri tapa bilmirlər. Narazı sakinlər kənd icra nümayəndəliyinə gedərək ərazinin sənədlərini araşdırıblar və məlum olub ki, həmin ərazi keçmiş kənd rəhbərinin oğluna məxsusdur.

Digər bir məlumata görə, Avetisyanın oğlu məzarlığı sakinlərə yalnız pul müqabilində qaytarmağa razıdır. Yəni sakinlərin öz məzarlıqlarını onlara pulla satmaq istəyir.

Qeyd edək ki, bu, Ermənistanda yaşayan yezidilərin üzləşdiyi ilk problem deyil. Dəfələrlə milli ayrı-seçkiliyə məraz qalan yezidilər Ermənistanda hüquqlarının tapdalandığını bildirirlər.

Alpər Mövludoğlu
AzVision.az




Teqlər: Ermənistan   Etiraz   Yezidi   Mzəarlıq  





Xəbər lenti