Rusiyanın Bakıdakı səfirliyindən seçki ilə bağlı müraciət

Rusiyanın Bakıdakı səfirliyindən seçki ilə bağlı müraciət
  28 Fevral 2018    Oxunub:2358
Rusiya Federasiyasının Bakıda səfirliyi bu ilin martın 18-də keçiriləcək prezident seçkiləri ilə bağlı bu ölkənin vətəndaşlarına müraciət edib.
AzVision.az xəbər verir ki, bu barədə məlumat səfirliyin rəsmi saytında yerləşdirilib.

“Daimi əsasda Azərbaycanda yaşayan və ya müvəqqəti olaraq burada olan Rusiya vətəndaşları Bakı şəhəri, Bakıxanov küçəsi, 17 ünvanında yerləşən (Səfirliyin konsulluq şöbəsinin yerləşdiyi bina) №8017 seçki məntəqəsinə gələrək səsvermə prosesində iştirak edə bilərlər. Seçki məntəqəsi yerli vaxtla 08:00-dan 20:00-ə qədər açıq olacaq. Səsvermədə iştirak etmək üçün pasport və ya onu əvəz edən sənəd təqdim etmək lazımdır" - məlumatda bildirilib.

Qeyd edək ki, 18 mart 2018-ci ildə Rusiya Federasiyasında Prezident seçkiləri keçiriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   Səfirlik   Seçki  





Xəbər lenti