Müqaviləsiz işlədilənlərlə bağlı 18 material Baş Prokurorluğa göndərilib

Müqaviləsiz işlədilənlərlə bağlı 18 material Baş Prokurorluğa göndərilib
  28 Fevral 2018    Oxunub:3372
“Son 10 ayda Bakıda tikilməkdə olan çoxmənzilli yaşayış binalarında müqaviləsiz işçi çalışdıran şirkətlər, hüquqi və fiziki şəxslər üzrə 17 material Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, 18 material isə Baş Prokurorluğa göndərilib”.
AzVision.az xəbər verir ki, bunu “Tikinti sahəsində əmək münasibətləri” mövzusunda keçirilən təqdimatda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin direktoru Fariz Cəfərov bildirib.

O qeyd edib ki, ötən dövr ərzində əmək müqavilələrinin imzalanmasında müsbət dinamika müşahidə edilir: “10 ay ərzində Bakıda çoxmənzilli yaşayış binalarının tikintisi ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən 33 min müqavilə imzalanaraq əmək müqavilələrinin elektron bildiriş sistemində qeydiyyata alınıb”.

F. Cəfərov nöqsanların aşkarlandığını, müəyyənləşmiş faktların sənədləşdirildiyini bildirib.

Anar Kəlbiyev
AzVision.az



Teqlər: Tikinti   Baş-Prokurorluq   ASAN-xidmət  





Xəbər lenti