Təyyarə qəzasında ölən 45 nəfərin meyiti tapılıb - Yenilənib

Təyyarə qəzasında ölən 45 nəfərin meyiti tapılıb - Yenilənib
  21 Fevral 2018    Oxunub:1986
İranda sərnişin təyyarəsının qəzaya uğraması nəticəsində həlak olan 45 nəfərin cəsədi aşkar edilib.
İran KİV-lərinin yaydığı məlumata görə, axtarışlar hazırda davam edir.

***
(19:18)

İranda qəzaya uğrayan "ATR-72" sərnişin təyyarəsində həlak olan şəxslərin bəzilərinin cəsədləri aşkar edilib.

AzVision.az ISNA-ya istinadən xəbər verir ki, xilasedicilər və hərbçilər təyyarənin qəzaya uğradığı yerdə azı 30 nəfərin cəsədini tapıblar.

Xatırladaq ki, fevralın 18-də Tehran-Yasuc reysi üzrə hərəkət edən təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 66 nəfərin hamısı həlak olub.

AzVision.az


Teqlər: İran   Təyyarə   Qəza  





Xəbər lenti