“Xocalı qətliamı dünyanın ən qanlı faciəsidir” – Ərdoğan (VİDEO)

“Xocalı qətliamı dünyanın ən qanlı faciəsidir” – Ərdoğan (VİDEO)
  20 Fevral 2018    Oxunub:4251
“Xocalıda uşaq, qadın, yaşlı demədən vəhşicəsinə qətlə yetirilən məsum insanlara Allahdan rəhmət, azərbaycanlı qardaşlarıma başsağlığı və səbr diləyirəm”.
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının toplantısında deyib.

Ərdoğan vurğulayıb ki, Xocalı qətliamı dünyanın ən qanlı faciəsidir: “Dünyada vəhişi qətliam axtaran varsa, bu Xocalıdır. İnsanlıq tarixinin ən böyük zülmlərindən biri 26 il öncə Xocalıda yaşanıb. Dünyada hər fürsətdə demokratiyadan, insan hüquqlarından bəhs edib Xocalı qatillərinə hökm kəsən və ya buna yönəlik çıxışlar edən bir ölkə gördünüzmü? Görə bilməzsiniz. Çünki türkə, müsəlmana gələndə onların gözləri, qulaqları və vicdanları qapanır. Onlar görməz, duymaz, hiss etməzlər. Amma hər kəs unutsa da biz unutmayacaq və unutdurmayacağıq. Xocalı qətliamını da, qardaşlarımıza qarşı işlənən bütün insanlıq günahlarını da hər zaman xatırlayacaq və xatırladacağıq”.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Türkiyə   Prezident   Xocalı  





Xəbər lenti