Qeydiyyata alınan müşahidəçilərin sayı 24-ə çatıb

Qeydiyyata alınan müşahidəçilərin sayı 24-ə çatıb
  19 Fevral 2018    Oxunub:1362
“Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün edilən 24 müraciətə müsbət cavab verilib”.
AzVision.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında komissiya sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, müşahidəçilərin 9-u öz təşəbbüsü, 15-i isə qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə müşahidəçi kimi qeydiyyatdan keçiblər.

MSK sədri bildirib ki, indiyə qədər 13 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq edilib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: MSK   Seçki   Müşahidəçi  





Xəbər lenti