“Tərəfdarlarım Gürcüstan hökumətini devirəcək” – Saakaşvili

“Tərəfdarlarım Gürcüstan hökumətini devirəcək” – Saakaşvili
  08 Fevral 2018    Oxunub:2539
“Ukrayna rəhbərliyi mənim ekstradisiyama hazırlaşır. Lakin bu, o anlama gəlmir ki, məni mütləq Gürcüstana göndərəcəklər. Bir neçə gün əvvəl öyrəndim ki, onlar məni geri qəbul etmələri üçün Polşa rəhbərliyinə müraciət edib. Ekstradisiyaya gəldikdə isə bu, Gürcüstan hökuməti üçün ağır olacaq. Onlar mənim orada olmağımı istəmirlər”.
AzVision.az xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Fransanın “Liberation” nəşrinə müsahibəsində deyib. Saakaşvilinin sözlərinə görə, Gürcüstanda silahlı qüvvələr və hüquq-mühafizə orqanları daxil olmaqla ona xalq dəstəyi var.

“Gürcüstan hökuməti zəifdir. Mənim iştirakım olmadan baş tutan prosesin komediya olduğunu bilirlər. Bir ildən artıq müddətdə onlar mənim offşor hesablarımı axtardılar. Lakin heç nə tapmadılar. Mənim vaxtımda Gürcüstanda korrupsiya yox idi. Əgər məni Gürcüstanda həbs etsələr, tərəfdarlarım məni azad etmək üçün hökuməti devirəcəklər. Mən buna əminəm”, - deyə sabiq prezident bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Gürcüstan   Saakaşvili  





Xəbər lenti