Beşulduzlu otellərdən “fast-food”a qədər

Beşulduzlu otellərdən “fast-food”a qədər
  04 Mart 2013    Oxunub:1953
Bakı Ekspo Mərkəzində regional sərgi keçiriləcək.
Bakı Ekspo Mərkəzində aprelın 4-dən 6-dək regionun mehmanxana və restoran sənayesinin yeganə ixtisaslaşdırılmış tədbiri - “HOREX Caucasus-2013” VII Qafqaz Beynəlxalq “Mehmanxanalar, Restoran və Supermarketlər üçün avadanlıq və ləvazimatlar” sərgisi keçiriləcək.
Sərginin təşkilatçıları qismində “Iteca Caspian” MC və “ITE Group plc” şirkətləri çıxış edirlər.
Sərgidə mehmanxana və restoran biznesi, eləcə də biznes müəssisələri üçün öz məhsullarını nümayiş etdirən Azərbaycan, Almaniya, İtaliya, Kanada, Lüksemburq, Türkiyə və Rusiyanın 30-dan çox şirkəti iştirak edəcək. Stendlərdə tekstil dizaynı və müxtəlif növ interyerlər üçün dekorlar üzrə məhsullar, mehmanxanalar üçün kosmetik vasitələr və ətriyyat, beşulduzlu otellərdən tutmuş “fast-food” sistemində fəaliyyət göstərən müəssisələrə qədər müxtəlif profillər üçün peşəkar mətbəxin yaradılması üzrə avadanlıqlar, restoranlar üçün qab-qacaq və şüşə materiallar və s. məhsullar nümayiş etdiriləcək.
Sözügedən sərgi Azərbaycanın regionlarından olan əksər mehmanxanalarının iştirak etdiyi “AITF-2013” Azərbaycan Beynəlxalq “Turizm və səyahət” sərgisi ilə eyni meydançada reallaşacaq.



Teqlər:  





Xəbər lenti