Konqresmenlərin olduğu qatar qəzaya uğradı: Ölən var (VİDEO)

Konqresmenlərin olduğu qatar qəzaya uğradı: Ölən var (VİDEO)
  01 Fevral 2018    Oxunub:2438
Amerikalı konqresmenlərin olduğu qatar qəzaya uğrayıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, respublikaçı konqresmenləri daşıyan qatar Virciniya ştatında zibil daşıyan yük maşını ilə toqquşub.

Qəza nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb. Yaralılardan birinin vəziyyəti ağırdır. Ölən şəxsin yük maşınının sürücüsü olduğu bildirilir.

Konqres üzvləri arasında xəsarət alan olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, konqresmenlər qatarla Qərbi Virciniya ştatının Qrinbrayer şəhərində yerləşən kurorta gedirmişlər.



AzVision.az


Teqlər: ABŞ   Konqres   Qatar  





Xəbər lenti