Korrupsiyada ittiham olunan Roman Nəsirov rəsmən işdən çıxarıldı

Korrupsiyada ittiham olunan Roman Nəsirov rəsmən işdən çıxarıldı
  31 Yanvar 2018    Oxunub:9757
Ukraynanın Nazirlər Kabineti Dövlət Fiskal Xidmətinin rəhbəri Roman Nəsirovun işdən azad olunması barədə qərar qəbul edib.
AzVision.az xəbər verir ki, bu barədə “İnterfax – Ukrayna” məlumat yayıb.

“Biz Nəsirovun işdən çıxarılması haqda təqdimatı dövlət komissiyasına göndərmişik. Dövlət komissiyası öz qərarını verib”, - deyə Ukraynanın baş naziri Vladimir Qroysman hökumətin iclasında bildirib.

Qeyd edək ki, azərbaycanlı Roman Nəsirov vəzifə səlahiyyətlərindən sui-istifadə və 70 milyon dollar dövlət əmlakını mənimsəməkdə ittiham edilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ukrayna   Roman-Nəsirov  





Xəbər lenti