Avropa “Metsamor”un bağlanmasını tələb edir

Avropa “Metsamor”un bağlanmasını tələb edir
  30 Yanvar 2018    Oxunub:2803
Avropa Xarici Əlaqələr Xidmətinin Şərq tərəfdaşlığı departamentinin sədr müavini Dirk Lorents Ermənistandan "Metsamor" Atom Elektrik Stansiyasının (AES) bağlanmasını tələb edib.
Erməni KİV-lərinin məlumatına görə, Lorents vurğulayıb ki, AES-in keyfiyyətini standartlara uyğun yüksəltmək mümkün deyil:

“Biz hesab edirik ki, "Metsamor"un işini beynəlxalq təhlükəsizlik tələblərinə tam uyğunlaşdıracaq qədər yaxşılaşdırmaq mümkün olmadığı üçün stansiyanı mümkün qədər tez bağlamaq lazımdır”.

AzVision.az


Teqlər: Avropa   Metsamor  





Xəbər lenti