Yapon dənizində itən azərbaycanlıların axtarışı dayandırıldı

Yapon dənizində itən azərbaycanlıların axtarışı dayandırıldı
  30 Yanvar 2018    Oxunub:2131
Yapon dənizində itkin düşən “Vostok” (Şərq) gəmisinin ekipaj üzvlərinin axtarışları dayandırılıb.

AzVision.az "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə “Vladivostok” xilasetmə və koordinasiya mərkəzinin nümayəndəsi bildirib.
“Ekipaj üzvlərinin sağ tapılmasına ümid qalmadığından axtarış-xilasedici əməliyyatın fəal fazası dayandırılıb. Bundan sonra axtarışlar ərazidən keçən gəmilər vasitəsi ilə aparılacaq”, - nümayəndə deyib.

Qeyd edək ki, Rusiyaya məxsus "Vostok" balıqçı gəmisi Yapon dənizinin Primorski vilayəti sahillərində yoxa çıxıb. Gəminin göyərtəsində 21 nəfər olub. İtkin düşən şəxslərdən ikisi Rusiya vətəndaşı olan azərbaycanlı matros Mübariz Hüseynov və Ruslan Əlizadədir.

AzVision.az


Teqlər: Yapon   Dəniz   İtkin   Gəmi  





Xəbər lenti