İtkin düşən azərbaycanlılardan nə xəbər var?

İtkin düşən azərbaycanlılardan nə xəbər var?
  26 Yanvar 2018    Oxunub:2059
Rusiyalı xilasedicilər Yapon dənizində itən “Vostok” (Şərq) gəmisinin axtarışı üzrə əməliyyatlar çərçivəsində 7,2 min kvadrat kilometr ərazidə araşdırma aparıb.

AzVision.az xəbər verir ki, bu barədə Rusiya FHN-nin Primorsk diyarının Baş İdarəsi məlumat yayıb.
“Araşdırmanın 5825 kvadrat kilometri aviasiya, 1461 kvadrat kilometri isə gəmilər vasitəsilə aparılıb”,- deyə bildirilib.

Qeyd edək ki, Rusiyaya məxsus "Vostok" balıqçı gəmisi Yapon dənizinin Primorski vilayəti sahillərində yoxa çıxıb. Gəminin göyərtəsində 21 nəfər olub. İtkin düşən şəxslərdən ikisi Rusiya vətəndaşı olan azərbaycanlı matros Mübariz Hüseynov və Ruslan Əlizadədir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   Yapondənizi  





Xəbər lenti