Yapon dənizində itkin düşən azərbaycanlılarla bağlı yeni məlumat

Yapon dənizində itkin düşən azərbaycanlılarla bağlı yeni məlumat
  26 Yanvar 2018    Oxunub:1908
Ötən gün Yapon dənizində yoxa çıxan “Vostok” (Şərq) gəmisinin sahibi itkin düşən dənizçilərin ailələrinin Vladivostoka uçuşu və orada yaşama xərclərini qarşılmağa hazır olduğunu bəyan edib.

AzVision.az xəbər verir ki bu barədə “DV-Flot” MMC-nin sahibi Stanislav Malçevskiy bildirib.
“Hələlik bununla bağlı bizə sorğu daxil olmayıb. Lakin qohumların, yaxınların belə bir istəyi olsa, problem yoxdur. Biz biletləri alarıq, onlar Vladivostoka uçar və qalacağı yeri taparlar”, - deyə şirkətin rəsmisi bildirib.

Bundan əlavə Yapon dənizində yoxa çıxan “Vostok” (Şərq) gəmisi ilə bağlı yeni məlumat yayılıb. Məlumata əsasən, gəmi yoxa çıxmazdan iki saat əvvəl əlaqəyə çıxıb. Primorsk diyar Administrasiyasının yaydığı xəbərə görə, həmin vaxt qəza siqnalı verilməyib. Bu səbəbdən onların yeri hələ də müəyyən edilməyib.

Qeyd edək ki, Rusiyaya məxsus "Vostok" balıqçı gəmisi Yapon dənizinin Primorski vilayəti sahillərində yoxa çıxıb. Gəminin göyərtəsində 21 nəfər olub. İtkin düşən şəxslərdən ikisi Rusiya vətəndaşı olan azərbaycanlı matros Mübariz Hüseynov və Ruslan Əlizadədir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Yapon   Dəniz   Gəmi   Matros  





Xəbər lenti