Karapetyan Medvedevin müavini ilə danışıqlarda

Karapetyan Medvedevin müavini ilə danışıqlarda
  26 Yanvar 2018    Oxunub:1260
Ermənistanın baş naziri Karen Karapetyanla Rusiya hökumət başçısının müavini Arkadi Dvorkovıç arasında görüş keçirilib.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, görüş Davos Ümumdünya İqtisadi Forum çərçivəsində baş tutub.

Məlumata görə, tərəflər Avrasiya İqtisadi Birliyinin fəaliyyətini, həmçinin Ermənistanda yeni yaradılan azad iqtisadi zonada Rusiya sahibkarlarının və kapitalının cəlb olunması məsələsini müzakirə ediblər.

Xatırladaq ki, dekabrın 15-də Ermənistan-İran sərhədində “Meqri” azad iqtisadi zonası yaradılıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ermənistan   Medvedev   Karapetyan  





Xəbər lenti