ATƏT sədri Rusiyada Qarabağı müzakirə edəcək

ATƏT sədri Rusiyada Qarabağı müzakirə edəcək
  25 Yanvar 2018    Oxunub:1637
ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano Rusiyaya səfər edəcək.

AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, səfər fevralın 1-də baş tutacaq.
O, ATƏT sədrinin Rusiya XİN başçısı Sergey Lavrovla görüşəcəyini də söyləyib. İşgüzar səfər zamanı müxtəlif mövzular ətrafında, xüsusən də ATƏT məkanında, o cümlədən Ukraynada, Dnestryanıda, Cənubi Qafqazda regional münaqişələrin nizamlanmasına kömək məsələləri müzakirə olunacaq.

Danışıqlarda Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsinin aparılacağı gözlənilir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   ATƏT  





Xəbər lenti