Rusiya itkin düşən azərbaycanlıları təyyarə ilə axtarır

Rusiya itkin düşən azərbaycanlıları təyyarə ilə axtarır
  25 Yanvar 2018    Oxunub:2509
Yapon dənizində itkin düşən "Vostok" ("Şərq") balıqçı gəmisinin ekipajı yalnız Rusiya vətəndaşlarından ibarətdir.

AzVision.az xəbər verir ki, bunu “RİA Novosti”yə Vladivostok dəniz-kordinasiya xilasetmə mərkəzinin nümayəndəsi bildirib.
“Heyət yalnız Rusiya vətəndaşlarından ibarətdir. Xarici ölkə vətəndaşları barədə məlumat yoxdur”.

Onun sözlərinə görə, bu gün nə gəmi, nə də balıqçıları tapmaq mümkün olub. Hadisə yerində “Be-200” təyyarəsi, “Fesco” gəmisi işləyir. İki helikopter isə ərazidə uçuşlar həyata keçirib. Ən qısa zamanda xilasetmə gəmisinin yaxınlaşması gözlənilir.

Qeyd edək ki, Rusiyaya məxsus "Vostok" balıqçı gəmisi Yapon dənizinin Primorski vilayəti sahillərində itkin düşüb. Gəminin göyərtəsində 21 nəfər olub. İtkin düşən şəxslərdən ikisi Rusiya vətəndaşı olan azərbaycanlı matros Mübariz Hüseynov və Ruslan Əlizadədir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Yapon   Gəmi   Rusiya   İtkin  





Xəbər lenti