Ərdoğan: “Obama bizi aldatdı, sözünün üstündə durmadı”

Ərdoğan: “Obama bizi aldatdı, sözünün üstündə durmadı”
  24 Yanvar 2018    Oxunub:1851
“İŞİD-i bəhanə edərək Afrini terrorçulara təslim etmək istəyənlər indi həmin qruplaşma ilə birlikdədir. Bunların bir-birindən fərqi yoxdur. PYD də, YPG də, İŞİD də terrorçudur”.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rayon icra hakimiyyəti başçılarının 44-cü toplantısında bildirib.
Onun sözlərinə görə, Afrində əməliyyat terrorçuların kökü kəsilənədək davam edəcək: “Biz Obamanın prezident olduğu dövründə “Zeytunluq” hərəkatını başlatmışdıq. Lakin Barak Obama bizi aldatdı və sözündə durmadı. Çünki, onlar söz verdilər ki, Minbicdəki terrorçuları Fərat çayının şərqinə aparacaqlar. Anaq sözlərinin üstündə durmadılar, çünki məqsədləri yeni terror dövləti yaratmaq idi. Biz isə lazım olanı etdik”.

Ərdoğan əlavə edib ki, “Zeytun budağı” əməliyyatında türk əsgərləri və müxalif Azad Suriya Ordusunun döyüşçüləri də daxil olmaqla 8 nəfər şəhid olub, 268-dən çox terrorçu məhv edilib.

AzVision.az


Teqlər: Ərdoğan   ABŞ   Suriya   Afrin  





Xəbər lenti