Ərdoğan Putinə “Zeytun budağı”nın sirrini açdı - YENİLƏNİB

Ərdoğan Putinə “Zeytun budağı”nın sirrini açdı - YENİLƏNİB
  24 Yanvar 2018    Oxunub:2406
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, ikitərəfli əlaqələrin müzakirə olunduğu telefon danışığında Türkiyənin Afrində həyata keçirdiyi hərbi əməliyyat, o cümlədən Suriyadakı hadisələr haqqında fikir mübadiləsi aparılıb.

Ərdoğan “Zeytun budağı” əməliyyatında məqsədin Afrin bölgəsini PYD/YPG və İŞİD kimi terror təşkilatından təmizləmək olduğunu bildirib.

Türkiyənin milli təhlükəsizliyini zəmanət altına almağı hədəfləyən bu əməliyyatın Suriyanın siyasi birliyi və ərazi bütövlüyü baxımından da əhəmiyyətli töhfə olduğunu deyən Ərdoğan Suriya məsələsində Rusiya ilə birlikdə çalışmağa önəm verdiyini vurğulayıb.

Hər iki lider Soçidə keçiriləcək Suriya Milli Dialoq Konqresinin uğuru və siyasi həllinin önünün açılması üçün birgə səyləri davam etdirməkdə qətiyyətli olduqlarını diqqətə çatdırıblar.

AzVision.az


Teqlər: Türkiyə   Putin   Ərdoğan   Rusiya   Afrin  





Xəbər lenti