Dünyada işsizlərin sayı 192 milyona çatıb

Dünyada işsizlərin sayı 192 milyona çatıb
  23 Yanvar 2018    Oxunub:1138
BMT-yə daxil olan Beynəlxalq Əmək Təşkilatının hesabatına əsasən ötən il dünyada işsizlərin sayı rekord həddə artaraq 192,7 milyon nəfərə çatıb.
AzVision.az-ın məlumatına görə, hesabatda qeyd edilir ki, hazırda dünya əhalisinin 5,6% -i işsizdir. Belə ki, işsizlərin sayı 2016-ci illə müqayisədə 2,6 milyon nəfər artıb.

Qurumun proqnozlarına görə, 2018-ci ildə ümumi işsizlik səviyyəsi təxminən 0,1 faiz aşağı düşəcək.

AzVision.az


Teqlər: BMT   İşsiz  





Xəbər lenti