Afrində əməliyyatlar nə vaxt başa çatacaq? - Türkiyənin şərti

Afrində əməliyyatlar nə vaxt başa çatacaq? - Türkiyənin şərti
  23 Yanvar 2018    Oxunub:2084
“Türkiyə bu günə qədər həyata keçirdiyi əməliyyatlarda özü ilə heç bir yerə zülm, qan, göz yaşı aparmayıb”.
AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib. Ərdoğanın sözçüsü qeyd edib ki, “Zeytun budağı” əməliyyatı planlaşdırılan şəkildə uğurla davam etdirilir:

“Azad Suriya Ordusuna dəstək verən Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri Afrində müəyyən edilən terror təşkilatına aid hədəfləri məhv edərək təhlükəsiz şəkildə irəli gedir”.

Kalının sözlərinə görə, terror qruplaşması bölgədən tamamilə təmizlənənə, Türkiyədə yaşayan 3,5 milyona yaxın suriyalı qaçqın öz evlərinə qayıdana kimi Afrində əməliyyatlar davam etdiriləcək.

AzVision.az



Teqlər: Türkiyə   Suriya  





Xəbər lenti