Türkiyə Afrində daha bir şəhid verdi

Türkiyə Afrində daha bir şəhid verdi
  23 Yanvar 2018    Oxunub:1267
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) daha bir hərbçisi Afrində keçirilən əməliyyat zamanı şəhid olub.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin XİN rəhbəri Mövlud Çavuşoğlu özünün “Twitter” səhifəsində yazıb.

Nazir qeyd edib ki, Afrin əməliyyatında leytenant Oğuz Kaan Usta şəhid olub. Bununla Türkiyə Afrin əməliyyatında iki şəhid verib.

Qeyd edək ki, Türkiyə ötən həftənin şənbə günü Afrində hərbi əməliyyatlara başlayıb. Əməliyyatın məqsədi sərhəd təhlükəsizliyini təmin etmək və terrorçuları məhv etməkdir. Artıq bəzi strateji mövqelər terrorçulardan azad edilib.

AzVision.az


Teqlər: Türkiyə   Hərbçi   Şəhid  





Xəbər lenti