Ermənistanda son 7 ildə 531 hərbçi ölüb

Ermənistanda son 7 ildə 531 hərbçi ölüb
  23 Yanvar 2018    Oxunub:2133
Ermənistan və işğal altında olan Qarabağda 2010-cu ildən etibarən baş verən təxribatlara nisbətən, daxili problemlər səbəbindən daha çox erməni hərbi qulluqçusunun ölməsi məlum olub.
Bu barədə “Sülh Dialoqu” təşkilatı tərəfindən nəşr olunan hesabatda bildirilir. Hesabatın müəllifləri safesolider.am saytında toplanan məlumatlara əsaslanıblar. Hesabata görə, 2010-2017-ci illər ərzində Ermənistanda və işğal altında olan Qarabağda təxribat və ya təxribata cəhd nəticəsində 235 hərbçi məhv edilib, 296 hərbçi isə əsasən ordu daxilində baş verən hadisələrlə bağlı ölüb.



"Hərbi xidmət dövründə qeyd olunan yüksək ölüm göstəriciləri bu sahəyə cavabdeh olan rəsmi qurumları narahat etməli idi. Qeyri-döyüş itkilərinin azaldılması istiqamətində fəaliyyətlərə, müdafiə sahəsinin siyasətini müəyyən edən sənədlərə üstünlük verilməli olduğunu ehtimal etmək olardı. Lakin siyasi ictimai nümayəndələrin davamlı olaraq çağırışlarına və təkliflərinə baxmayaraq, insan hüquqları müdafiəsinin milli strategiyasının 2017-2019-cu illər fəaliyyət planında bu istiqamət üzrə hər hansı birbaşa iş nəzərdə tutulmadı. Qabaqlayıcı tədbirlər barədə 2017-ci ildə ictimaiyyətə təqdim olunan “Xalq-ordu” konsepsiyası və bu çərçivədə təqdim olunan “Hərbi xidmət və hərbçilərin statusu haqqında” qanun layihəsi də susur", - deyə “Sülh dialoqu” təşkilatının hesabat sənədində bildirilir.

Bunlar arasında hərbi hissələrdə naməlum şərait nəticəsində öldürülmə və intihar, habelə səhlənkarlıqdan baş verən bədbəxt hadisələr, sağlamlıq problemlərinə baxmayaraq orduya çağırılmış erməni əsgərlərin ölümü ilə nəticələnən itkilər yer alır. Hesabat dövründə qeydə alınan itkilərin ümumi sayı 531 nəfər təşkil edib.



2010-2017-ci illərdə 56 öldürülmə hadisəsi, intihar 69, bədbəxt hadisə, qəza 90, sağlamlıq problemləri nəticəsində 39, təhlükəsizlik qaydalarının pozulması 16, səhlənkarlıq nəticəsində 9 hərbçinin ölümü qeydə alınıb. 17 erməni əsgərinin ölüm səbəbləri hələ də müəyyən edilməyib. Təxribat və ya təxribata cəhd nəticəsində 235 erməni hərbçi məhv edilib.

Hesabatda, 2013-cü ildə təxribat nəticəsində məhv edilən hərbçilərin sayının artması ilə yanaşı, intihar, qəza, sağlamlıq problemləri, səhlənkarlıq və digər səbəblər nəticəsində ölənlərin sayı demək olar ki, eyni vaxtda artıb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi (MN) dəfələrlə erməni silahlı bölmələrində qeydə alınan itkilərin açıqlanan rəsmi rəqəmlərdən daha çox olduğunu bəyan edib. Nazirlik bildirib ki, Ermənistan hərbi rəhbərliyi silahlı qüvvələrdə baş verən çoxsaylı itkini əhalidən gizlədir.(Ordu.az)

AzVision.az



Teqlər: Ermənistan   Ordu   Cəbhə  





Xəbər lenti