Sarkisyan bu gün Makronla görüşəcək - Suallara cavab verəcək

Sarkisyan bu gün Makronla görüşəcək - Suallara cavab verəcək
  23 Yanvar 2018    Oxunub:1859
Bu gün Ermənistan prezidenti Serj Sarkisyan Parisdə fransız həmkarı Emmanuel Makronla görüşəcək.
AzVision.az xəbər verir ki, Ermənistan və Fransa prezidentləri Parisdə görüşəcəklər. Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.

Bundan əlavə, Sarkisyan bu gün Senatın sədri Jerar Larşe, Parlament sədri Fransua de Ryoji, həmçinin Fransa-Ermənistan dostluq qrupunun üzvləri ilə görüşəcək.

Paris meriyasında isə Sarkisyan mer Ann İdalqo və erməni icmasının nümayəndələri ilə görüş keçirəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Fransa   Ermənistan   Sarkisyan   Makron  





Xəbər lenti