ABŞ hökuməti fəaliyyətini bərpa edir

ABŞ hökuməti fəaliyyətini bərpa edir
  23 Yanvar 2018    Oxunub:1248
ABŞ Senatı federal hökumətin işini yeniləməyə imkan verəcək üç həftəlik büdcə haqda qanun layihəsinə səs verib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, layihənin lehinə 81, əleyhinə isə 18 senator səs verib.

Bununla ABŞ qanunvericiləri üç gün sonra federal hökumətin işinin bərpasına dair razılığa gəliblər.

Qeyd edək ki, yanvarın 19-da ABŞ Konqresində 2018-ci il üçün büdcə qəbul olunmayıb. Bu səbəbdən hökumət fəaliyyətini dayandırıb.

Xatırladaq ki, ABŞ hökuməti büdcə olmadan fəaliyyət göstərə bilmir.

AzVision.az


Teqlər: ABŞ   Senat  





Xəbər lenti