"Ermənistan hakimiyyəti vətəndaşları aldadır" - Erməni deputat

"Ermənistan hakimiyyəti vətəndaşları aldadır" - Erməni deputat
  22 Yanvar 2018    Oxunub:1604
“Ermənistanda qiymət artımı vətəndaşların ciddi narazılığına səbəb olub”.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu “Yelk” müxalifət blokunun parlament fraksiyasının katibi deputat Gevork Qorqisyan deyib.

Sarkisyan rejiminin xalqı aldatdığını deyən deputatın sözlərinə görə, hakimiyyətin qiymət artımı ilə bağlı təqdim etdiyi rəqəmlər həqiqətə uyğun deyil: “Ümid edirəm ki, bununla bağlı keçiriləcək növbəti etirazlara yanvarın 19-da baş tutan aksiyadan daha çox şəxs gələcək”.

Digər müxalifət fraksiyasının üzvü, deputat Artak Mirzoyan isə bildirib ki, Ermənistanda qüvvəyə minən Vergi Məcəlləsi inflyasiyaya səbəb olub.

AzVision.az



Teqlər: Ermənistan   Aksiya   Etiraz  





Xəbər lenti