Şahzadələr 100 milyard dollara azadlığa çıxır

Şahzadələr 100 milyard dollara azadlığa çıxır
  22 Yanvar 2018    Oxunub:5577
Səudiyyə Ərəbistanı rəhbərliyi korrupsiyada şübhəli bilinən şahzadələrdən 100 milyard dollar almağı planlaşdırır.

AzVision.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb. Agentliyin məlumatına görə, Ər-Riyada “Ritz-Carlton” beşulduzlu otelində saxlanılan şahzadələrlə danışıqlar bu ayın sonu yekunlaşacaq.
Məlumatda qeyd olunub ki, 90 nəfər artıq hökumətin şərtlərini qəbul edib və azadlığa çıxıb. Daha beş nəfər isə təkliflər barədə düşünür. Pulu ödəmək istəməyən şahzadələr isə (95) hazırda onlara qarşı irəli sürülən ittihamlarla tanış olur və məhkəmə qarşına çıxarıla bilərlər.

Qeyd edək ki, ötən ilin noyabrın 5-də Səudiyyə Ərəbistanının Korrupsiyaya qarşı Mübarizə üzrə Ali Komitəsi xeyli şahzadəni, fəaliyyətdə olan 4 naziri və 39 keçmiş hökumət üzvünü həbs edib. Onlar qanunsuz silah satışı sazişi və saxta müqavilələr imzalamaqda, çirkli pulların yuyulmasında və korrupsiyada ittiham olunublar.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Səudiyyə-Ərəbistanı   Şahzadə  





Xəbər lenti