Hulusi Akar Şoyqu və Gerasimovla danışıqlarda

Hulusi Akar Şoyqu və Gerasimovla danışıqlarda
  19 Yanvar 2018    Oxunub:1498
Moskvada səfərdə olan Türkiyənin Baş Qərargah rəisi Hulusi Akar və Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri Hakan Fidan Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə iki ölkə arasında münasibətlər, Yaxın Şərqdəki vəziyyət və digər maraq doğuran məsələlər müzakirə olunub.

Rusiyaya səfəri zamanı H.Akar bu ölkənin Baş Qərargah rəisi Valeri Gerasimovla da görüş keçirib.

AzVision.az


Teqlər: Türkiyə   Rusiya   Akar   Şoyqu  





Xəbər lenti