Əhalidən xeyli sayda silah götürülüb

Əhalidən xeyli sayda silah götürülüb
  17 Yanvar 2018    Oxunub:1215
“Polis əməkdaşları tərəfindən əhali arasında mütəmadi aparılan qabaqlayıcı-profilaktiki, hüquqi maarifləndirmə tədbirləri və izahedici söhbətlər nəticəsini verir”.
Bu barədə AzVision.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, ötən gün də vətəndaşlar tərəfindən xeyli sayda silah könüllü olaraq polis orqanlarına təhvil verilib.

Yanvarın 16-da Naxçıvan DİN-ə, Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinə, Culfa, Zərdab və Ağdaş rayon polis şöbələrinə vətəndaşlar tərəfindən ümumilikdə 6 silah – 1 ədəd “AKMS” markalı avtomat silahı, 2 ədəd “İJ”, 3 ədəd “TOZ” markalı tüfənglər, 2 ədəd süngü bıçaq və 13 ədəd patron sandığı təhvil verilib.

AzVision.az


Teqlər: silah   DİN  





Xəbər lenti