Ərəblər Azərbaycanda otel biznesi qurmaq istəyir
AzVision.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyib.
Assosiasiya rəhbəri qeyd edib ki, hazırda Azərbaycanda ərəb investorlara məxsus otellər qeydiyyatda mövcud deyil: "Hazırda Assosiasiya turistlərin yerləşdirilməsi ilə məşğul olan obyektlərin reyestrinin tərtib olunması ilə məşğul olur. Biz artıq Bakı üzrə işimizi başa çatdırmışıq, indi regionlarda işimizi davam etdiririk. Demək istəyirəm ki, indiyədək ərəblərə məxsus və ya onların idarə etdiyi otellər qarşımıza çıxmayıb".
S.Dübəndi həmçinin bildirib ki, hazırda ərəb investisiyasının otel biznesinə cəlb olunmasına zərurət yoxdur.
AzVision.az