Ermənilərin olduğu təyyarə Bakıya endi - İrəvana təcili zəng

Ermənilərin olduğu təyyarə Bakıya endi - İrəvana təcili zəng
  11 Yanvar 2018    Oxunub:11911
8 yanvar tarixində Çinin hava yollarına məxsus Pekin-Tiflis marşrutu üzrə hərəkət edən təyyarə Bakıda məcburi eniş edib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, təyyarənin sərnişinlərindən 5-i erməni olub. Məlumatı Bakıya eniş edən erməni sərnişinlərdən biri İda Mnatsakanyan təsdiqləyib.
Bildirib ki, təyyarə qatı dumanla əlaqədar Tiflis hava limanına eniş edə bilməyib. Erməni sərnişinlərin etirazına baxmayaraq, təyyarə Bakı hava limanına enib.

Mnatsakanyanın sözlərinə görə, Bakı aeroportunun əməkdaşı onlara yaxınlaşaraq neytral zonaya düşmələrini təklif edib. Erməni sərnişinlər 12 saat Bakıda qalmalı olublar.

Mnatsakanyan dərhal Ermənistan XİN-in mətbuat xidməti ilə əlaqə saxlayıb. Mətbuat katibi Tiqran Balayan erməni əsilli ABŞ vətəndaşları barədə Vaşinqtonu məlumatlandırıb. 12 saatlıq fasilədən sonra Tiflisə uçuş bərpa edilib.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Təyyarə   Bakı   Tiflis  





Xəbər lenti