NATO-nun Ali Baş Komandanı Gerasimovla Bakıda görüşəcək

NATO-nun Ali Baş Komandanı Gerasimovla Bakıda görüşəcək
  08 Yanvar 2018    Oxunub:3910
NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin Ali Baş Komandanı general Kertis Skaparroti Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeri Gerasimovla bu ay Bakıda görüşəcək.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə "BuzzFeed" portalı adı çəkilməyən ABŞ və Avropalı mənbələrə istinadən məlumat yayıb. Generallarının Bakı görüşünün dəqiq vaxtı açıqlanmayıb.

Xatırladaq ki, ötən ilin fevral ayında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danfordun görüşü Bakıda keçirilib. Sentyabrda isə Valeri Gerasimov Bakıda NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel ilə görüşüb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: NATO   Rusiya  





Xəbər lenti