Nyu-Yorkda fövqəladə vəziyyət elan edilib
Qubernator “Twitter” səhifəsində qeyd edib ki, güclü qar yağması və soyuq hava səbəbindən fövqəladə vəziyyət Nyu-York şəhərində, Uestçester dairəsində və Lonq-Aylend adasında tətbiq olunur.
Nyu-York şəhərinin meri Bill de Blazio bütün məktəblərin bağlanmasına göstəriş verib, şəhər sakinlərinə evdə qalmağı tövsiyə edib. Con Kennedi adına Nyu-York Beynəlxalq Aeroportu əlverişsiz hava şəraitinə görə təyyarə qəbulunu və uçuşunu dayandırıb.
AzVision.az
Teqlər: ABŞ